1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

“Əgər NATO ölkələri İttifaq dövlətlərindən birinə məxsus təyyarəni vursalar, Rusiya və ya Belarus dərhal reaksiya verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“İstədikləri kimi danışa bilərlər. Cavab dərhal gələcək”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl avropalı səfirlər Moskvada keçirilən iclasda  NATO-nun Rusiya təyyarələri alyansa üzv ölkələrin hava məkanına daxil olacağı təqdirdə onları məhv etməyə hazır olduğunu bəyan ediblər.

Buna cavab olaraq Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın Avropa hava məkanını pozması ilə bağlı ittihamlar əsassızdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: