ABŞ Ukraynanın NATO-ya daxil olmasını münaqişənin diplomatik yolla həllinin real nəticəsi hesab etmir.
Globalinfo.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bunu ABŞ müdafiə rəhbəri Pit Heqset Brüsseldə keçirilən görüş zamanı deyib.
O, Ukraynanın NATO-ya üzvlüyünü istisna edib və 2014-cü ildəki sərhədlərə qayıtmağın qeyri-real olduğunu vurğulayıb.
“Bu illüziyanın arxasınca getmək sadəcə olaraq müharibəni uzadacaq və daha çox əzab gətirəcək”, – deyə Pentaqon rəhbəri əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














