NATO nümayəndələri Hərbi Dəniz Qüvvələrində – FOTOLAR

NATO nümayəndələri Hərbi Dəniz Qüvvələrində - FOTOLAR

NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələrinin “NATO günləri” çərçivəsində Azərbaycana səfəri davam edir.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti noyabrın 24-də Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. Qonaqlara Azərbaycan HDQ-nin tarixi və fəaliyyət istiqamətləri haqqında brifinq təqdim olunub. Sonra NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş Qərargahının nümayəndələri NATO-nun yaranma tarixi, strukturu və ümumi fəaliyyətini əhatə edən müxtəlif mövzularda çıxışlar ediblər.

Təqdimatlar başa çatdıqdan sonra qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

NATO nümayəndələri Hərbi Dəniz Qüvvələrində - FOTOLAR NATO nümayəndələri Hərbi Dəniz Qüvvələrində - FOTOLARNATO nümayəndələri Hərbi Dəniz Qüvvələrində - FOTOLAR