Natiq Cəfərli atasından yazdı: “Komadadır, indi…” – YENİLƏNİB

Natiq Cəfərli atasından yazdı: "Komadadır, indi..." - YENİLƏNİB

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli atası ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə özü məlumat paylaşıb.

“Narahatlığınızı anlayıram, yüzlərlə zəng-mesaj yazırsız, amma cavab verməyə halım yoxdur. Atam komadadır, biz ancaq dua edirik indi…”, – deyə o bildirib.

***11:51

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.

Globalinfo.az Operativ Media-ya istinadən xəbər verir ki, siyasətçinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.

Qeyd edək ki, N.Cəfərli ötən gün paylaşım edərək atasının vəziyyətinin ağır olduğunu bildirmişdi.