Narinin bacısı da öldürülüb? – İstintaq başladı

Narinin bacısı da öldürülüb? - İstintaq başladı

Türkiyənin Diyarbəkir bölgəsində itkin düşdükdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaqı davam edir.

Globalinfo.az xəbər verir ki, Narinin daha əvvəl dünyasını dəyişən bacısı Tülin Güranın ölümü ilə bağlı iş yenidən qaldırılıb.

Yataq xəstəsi olduğu bildirilən və 2009-cu ildə Diyarbəkir Uşaq Xəstəxanasında tənəffüs çatışmazlığından vəfat etdiyi deyilən Tülinin ölümü barədə istintaq aparılır.

Prokurorluq sözügedən xəstəxanaya məktub yazaraq T.Güranın ölümü ilə bağlı bütün məlumatları, sənədləri və faylların təslimini tələb edib.

Qeyd edək ki, Narin Güranın ailəsində əvvəllər də şübhəli ölümlərin baş verdiyi ortaya çıxıb.

Narinin  1988-ci il təvəllüdlü əmisinin də ailədaxili münaqişə zəminində 2011-ci ildə qətlə yetirildiyi bildirilir.

Həmçinin Narinin böyük bacısının ölüm səbəbi olaraq pilləkənlərdən yıxılması göstərilib və cəsəd ekspertizadan keçirilmədən dəfn edilib.