İstanbul Ədliyyə Tibb İdarəsinin hesabatına görə, Narinin meyitində onun boğularaq öldürüldüyünə dair əlamətlər müəyyən edilib. Həmçinin uşağın sinəsinə təpik və yumruqla vurulduğuna dair də izlərə rastlanıb.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, uşağın boyun ön əzələ qrupunda və alt çənə qrupunda qanaxma olduğu məlum olub ki, bu da çox güman ki, Narinin əllə boğularaq öldürüldüyünə işarədir.
Mütəxəssislərin sözlərinə görə, stertal qanaxmanın aşkarlanması qızcığazın “iman taxtası” deyilən sinə nahiyəsinə təpik və yumruqla vurulduğunu, bədənin bir çox yerindəki qanaxmalar isə bir boğuşmanın yaşandığını və müqavimət göstərildiyini göstərir ki, bu da qətlin yetkin kişi tərəfindən törədilməsi ehtimalını artırır.
Narin Güranın ölümünün dəqiq səbəbini ortaya çıxaracaq hesabatın sentyabrın 23-də açıqlanması gözlənilir. Geniş hesabatda onun ölüm vaxtı və suda nə qədər qaldığı ilə bağlı da dəqiq məlumatlar veriləcək.
***16:31
Türkiyənin Diyarbəkir bölgəsində 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güranın ölüm səbəbi məlum olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı tibbi ekspertizanın rəyi açıqlanıb.
Bununla da Narin Güranın boğularaq öldürüldüyü dəqiqləşdirilib.
Həmçinin məlumatda Narinin ağız suyu ilə əmisi Salim Güranın əl və maşınından götürülmüş mayenin tərkibinin eynilik təşkil etdiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.
İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.













