Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.
Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: “Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb. 16 nəfərin namizədliyi qeydə alınıb”.
***11:19
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1048 nəfər namizədlik üçün müraciət edib.
Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri bildirib ki, onlardan 700-nün namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Onun sözlərinə görə, bütün proseslər axıra çatdırılana qədər seçki məntəqələrindəki veb-kameralar fəaliyyət göstərəcək: “1000 məntəqədə veb-kamera quraşdırılıb. Bu aşkarlığın ən yüksək göstəricisidir. Həmçinin qeyd edim ki, azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb”.














