Müvafiq strukturların nümayəndələri tərəfindən ərazidən nümunələrin götürülməsi, yerində analizlərin aparılması təşkil olunub.
Globalinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın sədri Muxtar Babayev bildirib.
Muxtar Babayev deyib ki, Səhiyyə Nazirliyi müvafiq göstəriciləri təqdim edib:
“Qan dövranı və digər xəstəliklər rayon göstəriciləri səviyyəsindən, bədxassəli xəstəliklər rayon və ölkə üzrə göstəricilərdən aşağıdır”.














