Müğənni, yoldaşı və qızları zəlzələdə həlak oldu

Müğənni, yoldaşı və qızları zəlzələdə həlak oldu

Kahramanmaraşda baş verən güclü zəlzələ nəticəsində türkiyəli müğənni Əziz Taştan ailəsi ilə birlikdə həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Adıyamanda yaşayan sənətçinin həyat yoldaşı və 2 qızı dağıntılar altında qalıb.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələlərdə 9 min 57 nəfər həlak olub, 52 min 979 nəfər yaralanıb, 6 min 444 bina isə dağılıb.