Müdafiə nazirinin müavinlərinin sayı azaldıldı – FOTO

Müdafiə nazirinin müavinlərinin sayı azaldıldı - FOTO

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini – Baş direktor vəzifələri isə yerində qalıb.

Nazirlikdən faktı saytımıza təsdiq ediblər.

Müdafiə nazirinin müavinlərinin sayı azaldıldı - FOTO