Quba rayonunun Vəlvələ kəndində piyadanın ölümü ilə nəticələn qəza baş verib.
Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, hadisə zamanı “Hyunadi” markalı avtomobilin sürücüsü Quba rayon sakini Məmmədov Süleyman Firuddin oğlu piyada keçidindən yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.
Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun məktəbyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxansına çatdırlaraq tibbi yardım göstərilib.
Sürücü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.














