MSK seçicilərə bildirişlər göndərməyə başladı – FOTO

MSK seçicilərə bildirişlər göndərməyə başladı - FOTO

Mərkəzi Seçki Komissiyası (MSK) vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı çağırış edib.

Globalinfo.az bildirir ki, MSK-nın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihəsi çərçivəsində seçicilərin məlumatlandırılması üçün mobil operatorlar vasitəsilə vətəndaşlara seçki hüququndan istifadə etməklə bağlı bildirişlər göndərilməyə başlanılıb.

Bildirişlər yanvarın 23-dən etibarən göndərilir.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

MSK seçicilərə bildirişlər göndərməyə başladı - FOTO