Moskvaya ardıcıl PUA hücumları: çaşqınlıq yarandı

Moskvaya ardıcıl PUA hücumları: çaşqınlıq yarandı

Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva ərazisinə PUA hücumları olub.

Globalinfo.az xəbər verir ki, paytaxtın meri hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən iyulun 4-ü səhər saatlarında həyata keçirildiyini bildirib.

Hücum ərazidə yerləşən hərbi obyektə və aviabazaya edilib. Nəticədə yaşayış binasına zərər dəyib.

Hücumla əlaqədar Vnukovo Hava Limanında çaşqınlıq yaranıb, bir neçə reys təxirə salınıb, təyyarələr başqa hava limanlarına yönləndirilib.

Tahir Turan
Globalinfo.az