Moskvanın cənub-qərbində yerləşən “Rio” ticarət mərkəzində baş verən yanğın tamamilə söndürülüb, yanğın binaya yayılmayıb.
Globalinfo.az bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilir ki, yanğının söndürülməsinə 40 nəfər və 11 texnika cəlb olunub.
Operativ xidmətlər yanğına qısaqapanmanın səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, “Rio” ticarət mərkəzi erməni biznesmen Samvel Karapetyana məxsus “Taşir” şirkətlər qrupuna daxildir.
***10:27
Rusiyanın paytaxtı Moskva şəhərində “Rio” ticarət mərkəzində yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Hazırda alovun söndürülməsi istiqamətində işlər aparılır.













