Moskvada miqrantlar arasında kütləvi dava baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın “Qərbi Biryulyovo” rayonunda, “Medınskaya” küçəsində 10-12 kişi arasında münaqişə yaranıb.
Anidən dava iştirakçılarından biri atəş açmağa başlayıb. Hadisənin şahidləri ən azı üç güllə atıldığını bildiriblər.
Bundan sonra dava iştirakçıları avtomobillərə minərək ərazidən uzaqlaşıblar.
Hadisə nəticəsində azı bir nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














