İş adamlarımızın obyektinə bomba qoyulub? – İddiaya cavab

Moskvada azərbaycanəsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevə məxsus “Yevropeyski” Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təkzib olunub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bomba qoyulması barədə zəngin daxil olması və mərkəzdən insanların təxliyə edilməsi xəbəri tamamilə yalandır.

Mənbə qeyd edib ki, “Crocus City Hall”da baş verən hadisələrdən sonra Rusiya paytaxtındakı iri ticarət mərkəzləri barədə bu cür iddialar yaymaq dəb halını alıb.

***12:16

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Yevropeyski” Ticarət və Əyləncə Mərkəzinə bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, Rusiya paytaxtının mərkəzində, Kiyev vağzalının yaxınlığında yerləşən Ticarət və Əyləncə Mərkəzi “bomba” qoyulması təhlükəsi ilə təxliyə edilib.

Qeyd edək ki, “Yevropeyski” Ticarət və Əyləncə Mərkəzi yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.