
Moskvanın şimal-şərqində anbarların yerləşdiyi binada yanğın baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın baş verən binanın bir hissəsində anbarlar, digər hissəsində isə yataqxana yerləşir.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın yataqxana hissəsindən 230-dan çox insan təxliyə edilib.













