Mərhum jurnalist Zülfüqar Hüseynzadənin yaratdığı Moderator.az saytının fəaliyyətə başlamasından 12 il ötür. İnformasiya portalı 2012-ci il noyabr ayının 1-i fəaliyyətə başlayıb.
Globalinfo.az xəbər verir ki, yarandığı gündən ona rəhbərlik edən Zülfüqar Hüseynzadə və seçdiyi peşəkar kollektiv sayəsində Moderator.az qısa zamanda ölkədə tanınaraq ciddi media qurumu kimi nüfuz qazanıb.
Moderator.az bu gün iki dildə – Azərbaycan və rus dillərində xəbər yayır. Saytın informasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlarla yanaşı, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər də öz əksini tapır.
Qeyd edək ki, Zülfüqar Hüseynzadə ötən ilin iyun ayında öz doğma yurdu olan Kəlbəcər rayonunun Başlıbel kəndinə səfəri zamanı dünyasını dəyişib. Moderator.az 12-ci ilini qurucusu Zülfüqar Hüseynzadəsiz yola salır…
Globalinfo.az kollektivi adından Moderator.az-ı təbrik edirik.














