Mobil səsvermə qutuları təşkil olunacaq – MSK sədri

Mobil səsvermə qutuları təşkil olunacaq - MSK sədri

Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb.