Mirzoyan Bayramov və Fidanla görüşündən danışdı

Mirzoyan 1

“Antalyada TürkiyəAzərbaycanın xarici işlər nazirləri ilə keçirilən görüşlər nəticəsində yekun razılaşmaların əldə edildiyini deyə bilmərik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN başçısı iki ölkə ilə ter-tez görüşlərin keçirilməsinin faydalı olduğunu söyləyib:

“Biz həmçinin inkar edə bilmərik ki, davamlı görüşlər və müzakirələr tərəfləri ən azı bir-biri üçün daha başa düşülən edir. Bütün bunlar ümumi proses nöqteyi-nəzərindən səmərəlidir. Ümid edirik ki, İrəvanın sülh gündəliyi müsbət nəticə verəcək”.

Qeyd edək ki, Sloveniyanın baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fajon hazırda Ermənistanda səfərdədir. A.Mirzoyan sloveniyalı həmkarı ilə iki ölkə arasında münasibətlər, o cümlədən Azərbaycanla sülh prosesinin detalları haqda müzakirə aparıb.

Ayşən Mustafa
Globalinfo.az