Misir Mərdanov kövrəldi: “2006-cı ildə həmin gecə…” – VİDEO

Misir Mərdanov kövrəldi: "2006-cı ildə həmin gecə..." - VİDEO

Sabiq təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanov iş xanımı Ruhiyyə Əliyevin yeni layihəsi olan “Qaranlıqda həqiqət”in qonağı olub.

Globalinfo.az xəbər verir ki, o, efirdə valideynlərindən danışarkən kövrəlib.

Sabiq nazir valideynləri ilə bağlı peşimanlıqlarının olduğunu bildirib:

“Hər gün atamı və anamı yad edirəm. Doğum və dünyalarını dəyişdikləri günlərdə məzarlarına gül dəstəsi qoyuram. Tək getmirəm, həyat yoldaşım, bacı-qardaşım, nəvələrimlə birlikdə məzarlarını ziyarət edirik. Həmişə övladlarıma, nəvələrimə deyirəm tövsiyə edirəm ki, elə edin, mənim kimi peşimanlıq çəkməyin. Valideynlərimə imkanım olduğu qədər hər şeyi etmişəm, lakin edə bilmədiklərim də olub. 2006-cı ilin iyun ayında nümayəndə heyətinin rəhbəri kimi Avropaya getdim. Təyyarəyə gecikdiyim üçün Londonda qalmalı olmuşduq. Həmin gecə atam insult keçirdi. Bu, həmişə ürəyimdən daş kimi asılıb ki, niyə belə oldu? Məsələn, Anam dünyasını dəyişən gecə biz ona bir kilometr məsafədə yerləşən bir məkanda yeyib-içmək məclisində olmuşuq. Belə şeylər heç vaxt yadımdan çıxmır”.