Misirin Baş naziri Mustafa Madbuli 16 turizm şirkətinin lisenziyalarının ləğv edilməsi və onların rəhbərlərinin Məkkəyə səfərləri zamanı zəvvarlara qanunsuz yardım göstərdiyinə görə prokurorluğa təhvil verilməsi barədə göstəriş verib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin bəyanatında deyilir.
Qeyd olunur ki, göstəriş müxtəlif ölkələrin builki Həcc ziyarəti zamanı 1100-dən çox insanın ölümü barədə məlumat yaymasından sonra verilib:
“Baş nazir bu şirkətlərin lisenziyalarının ləğvi, rəhbərlərinin prokurorluğa verilməsi və onların təqsiri üzündən dünyasını dəyişən zəvvarların ailələrinin xeyrinə cərimə edilməsi barədə göstəriş verib”.














