Mirzoyan: “Regionda sabitliik üçün sülh vacibdir”

“Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün sülh müqaviləsinin bağlanması vacibdir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Albaniyadan olan həmkarı İqli Hasani ilə görüşdə deyib.

Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələrlə bağlı albaniyalı həmkarına məlumat verib.