Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin xatirəsi bir dəqiqəlik sükutla alınıb.
Globalinfo.az xəbər verir ki, parlamentin spikeri Sahibə Qafarova qəza ilə bağlı İran xalqına başsağlığı verib.
“Helikopter qəzasında İran Prezidenti, xarici işlər naziri və bir neçə rəsmi şəxs həlak olub. Faciə ilə əlaqədar dost və qardaş İran xalqının kədərinə şərik oluruq”, – spiker bildirib.
Ayşən Mustafa
Globalinfo.az














