Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Globalinfo.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri də müəyyənləşib.
Millimiz Kosova, Bolqarıstan və Farer adaları ilə birlikdə 2-ci səbətdə yer alıb.
Milli komanda C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.
Qruplar
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosova, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-ci qrup: Ermənistan, Farer adaları, Şimaliya Makedoniya, Latviya
Qeyd edək ki, Millətlər Liqasının 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.














