Metroda problem: sərnişinlər qatardan düşürüldü

Bakı metrosunda problem yaranıb.

Bu barədə Globalinfo.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Həzi Aslanov-Dərnəgül” (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yaranıb. Normativlərə uyğun olaraq, sərnişinlər “28 May” stansiyasında düşürülüb. Qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb”, – məlumatda vurğulanıb.