Məşhur separatçı hərəkətə keçdi: 2 il sonraya hazırlaşır

samvel babayann amphophum e qa n213967 1

Keçmiş qondarma rejimin separatçılarından Samvel Babayan Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, o, son vaxtlar tez-tez İrəvanda digər separatçılar və Ermənistandakı müxtəlif siyasi qüvvələrlə görüşür, seçkilərlə bağlı koalisiya yaratmağı təklif edir.

Babayanın adamlarından Marsel Petrosyan bu görüşlərini tam təfərrüatlarını heç kimin bilmədiyini deyib. Lakin onun Qarabağdan gələnlərə birləşib, seçkilərə vahid cəbhədən qatılmağı təklif etdiyi məlumdur.

Qeyd edək ki, Samvel Babayanın özünü Qarabağ ermənilərinin rəhbəri kimi gördüyü deyilir. İddialara görə, Ermənistan hökuməti Babayanı Samvel Şahramanyan və onun ətrafına qarşı gücləndirməyə çalışır.

Ayşən Mustafa
Globalinfo.az