“Liverpul”un və İspaniya millisinin sabiq futbolçusu Tiaqo Alkantara 33 yaşında karyerasını bitirmək qərarına gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün sosial şəbəkə hesabında yazıb.
Onun qərarının səbəbləri açıqlanmır.
Mərkəz yarımmüdafiəçisinin son klubu 2020-ci ilin sentyabrından 2024-cü ilin iyuluna kimi çıxış etdiyi “Liverpul” olub. O, karyerası ərzində “Bavariya”, “Barselona” və İspaniya millisində də çıxış edib.
Mersisayd təmsilçisində 98 matçda iştirak edən futbolçu 3 qol vurub və 6 qolun ötürməsini verib.
Onun 4 La Liqa, 7 Bundesliqa qələbəsi, 2 Çempionlar Liqası, 2 Klublararası Dünya Kuboku, 2 UEFA Super Kuboku, həmçinin bir çox ölkə kuboku titulları var.














