Məşhur aktyorun arvadı Trampın hədəfində – İlginc İsrail detalı

Məşhur aktyorun arvadı Trampın hədəfində - İlginc İsrail detalı

Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluninin ABŞ-a giriş qadağan oluna bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Səbəb kimi ABŞ Prezidenti Donald Trampın sanksiyaları göstərilib.

“Fevral ayında Ağ Ev rəhbəri ABŞ-ın müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb. Bu, bir sıra vəkillərə, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Beynəlxalq Cinayət Məhkəməsində (ICC) həbsinə orderlərin hazırlanmasına kömək edən Amal Kluniyə təsir göstərə bilər”, – deyə bildirilib.

Günay Rəsulqızı
Globalinfo.az