Məşhur aktrisa komaya düşdü

“Aşk-ı Memnu” serialının məşhur aktrisası 72 yaşlı Fatma Karanfilin səhhəti ağırlaşıb. 

Globalinfo.az axşam.az-a istinadən bildirir ki, o, uzun müddətdir xərçəngdən müalicə alır. Serialdakı Şayeste obrazı ilə yadda qalan sənətçinin xəstəliyi dördüncü mərhələdədir.

O, hazırda xəstəxananın reanimasiya şöbəsində intubasiya edilib. Karanfilin diaqnozu qoyulduğu zaman çoxlu metastaz verdiyi öyrənilib. Hazırda komada olan aktrisanın oyanmasının mümkünsüz olduğu bildirilib.