“MasterChef Türkiye”nin 2021-ci il qalibi, “Qızıl Saqqal” ləqəbi ilə tanınan məşhur aşpaz Eren Kaşıkçının ölüm səbəbi ilə bağlı ilkin ekspertiza nəticəsi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
İlkin araşdırmaların nəticəsinə görə, 37 yaşlı aşpazın ürək tutması nəticəsində həyatını itirdiyi müəyyənləşdirilib. Məlumata əsasən, Kaşıkçının məlum xroniki xəstəliyi olmayıb.
Qeyd edək ki, Eren Kaşıkçı iyulun 29-da İstanbulun Sarıyer rayonundakı evində ölü tapılmışdı. Ondan uzun müddət xəbər ala bilməyən iş ortağı Mikail B. evə gedərək məşhur aşpazın cansız bədənini aşkarlamışdı.
Ekspertizanın ilkin nəticələrinə əsasən, Kaşıkçının ölümünün onun evində tapılmasından təxminən 14-15 saat əvvəl baş verdiyi ehtimal edilir.
Bununla belə, ölümün dəqiq səbəbi ilə bağlı yekun qərar verilməyib.