Rusiyanın kollektiv Qərblə konflikti onun Cənubi Qafqazdakı təsirini azaldıb.
Globalinfo.az xəbər verir ki, bunu erməni polittexnoloq Vigen Akopyan deyib.
“Geosiyasi qütblər arasında region, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərində kimin moderator olacağı uğrunda rəqabət kəskinləşir. Sözsüz ki, belə vəziyyət Bakı ilə İrəvan arasında problemin həllini gecikdirir. Qərbin bölgədə aktivliyi təkcə Rusiyanın Cənubi Qafqazda ikinci cəbhə açmaq arzusu ilə əlaqəli deyil, məqsəd həm də Rusiyanı regiondan çıxarmaqla bağlıdır. Üstəlik, Azərbaycan və Ermənistan da bu planların icrasında rol oynamaqda maraqlıdırlar.
Rəsmi İrəvan artıq Qarabağın Ermənistanın olmayacağı və özü üçün yük olacağı ilə barışıb. Hakimiyyətini saxlamaq üçün Baş nazir Nikol Paşinyan və komandası çalışır ki, geosiyasi oyunçulardan Qarabağ əhalisinin müəyyən hüquqları ilə bağlı zəmanət alsın. Ona başqa heç nə lazım deyil”, – V.Akopyan bildirib.
İlkin
Globalinfo.az













