Məmurun kürəkəni sükan arxasında öldü

Məmurun kürəkəni sükan arxasında öldü

Ucarda sürücü sükan arxasında ölüb. Onun vəzifəli şəxsin kürəkəni olduğu deyilir.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Müsüslü yol dairəsi ərazisində qeydə alınıb.

Belə ki, “Kia” markalı minik avtomobilinin 1982-ci il təvəllüdlü sürücüsü Surxay Kərəm oğlu Nəcəfov sükan arxasında keçinib.

Qeyd edək ki, ölən şəxsin Gəncə şəhərində çalışan məmurun kürəkəni olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.