Memorandumda nələr var? – Medinski açıqladı

Memorandumda nələr var? – Medinski açıqladı

Rusiya İstanbulda keçirilən danışıqlar zamanı Ukrayna tərəfinə iki hissədən ibarət memorandum təqdim edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski jurnalistlərə açıqlama verib.

Medinskinin sözlərinə görə, memorandumun birinci hissəsi davamlı və həqiqi sülhün necə əldə ediləcəyinə həsr olunub, ikinci hissədə isə atəşkəsin tam şəkildə necə təmin edilə biləcəyi ətraflı izah olunub.

“Biz Ukrayna tərəfinə iki hissəli memorandum təqdim etdik. Birinci hissə – uzunmüddətli sülhə necə nail olmaq olar? İkinci hissə isə – atəşkəsin mümkün olması üçün hansı addımlar atılmalıdır?”, – deyə o bildirib.

Aysel Əliyeva
Globalinfo.az