Bu ilin oktyabr ayının 23-də görkəmli Azərbaycan şairi Məmməd İsmayılın 85 illiyinə həsr olunan yubiley keçiriləcək.
Globalinfo.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutacaq söz ustadının tədbiri saat 17.00-da başlayacaq.
Azərbaycan Yazıçılar Birliyinin müraciəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ədəbi-bədii məclisdə ölkəmizin tanınmış ziyalılarının, yazarların, millət vəkillərinin iştirakı da gözlənilir.
Giriş sərbəst olacaq. Arzu edən hər kəs iştirak edə bilər.














