Məktəbdə gözətçinin meyiti tapıldı – ölüm səbəbi bilindi

Məktəbdə gözətçinin meyiti tapıldı - ölüm səbəbi bilindi

Bakıda məktəbin həyətində meyiti tapılan gözətçinin ölüm səbəbi məlum olub.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.

***12:14

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.