Məhz həmin ölkələrdə insan ömrü uzanır – Zaur Əliyev

Məhz həmin ölkələrdə insan ömrü uzanır - Zaur Əliyev

“İcbari tibbi sığortanın tətbiqinin əsas məqsədi ondan ibarətdir ki, insanlara tibbi xidmət əlçatan olsun, əhalimizin hamısı sağlam olsun”.

Globalinfo.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisdə “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusuna həsr olunan dinləmədə bildirib.

Z.Əliyev qeyd edib ki, ilkin səhiyyə xidməti bunun təşkilində ən böyük rol oynayan hissədir: “Bizim üçün ən vacib məsələ odur ki, əhalimiz yaşadığı regiondan asılı olmayaraq, hansı bölgədə yaşayırsa, orada hər birinə bərabər şəkildə tibbi xidmətin əlçatanlığı təmin olunsun. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, həmin ölkədə insan ömrünü uzadır, əhali daha sağlam yaşayır. İlkin səhiyyə xidməti əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir”.