Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqladı

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe bu mövsümün sonunda Paris klubundan ayrılacaq.

Globalinfo.az xəbər verir ki, o, bu barədə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

“Ölkəmdən ayrılacağımı açıqlamağım mənim üçün çox çətindir. Ancaq 7 ildən sonra karyeramda yeni səhifə açmağa ehtiyacımın olduğunu hiss edirəm. Hamınıza bildirmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Müqaviləmi yeniləməyəcəyəm, ona görə də bu macəra bir neçə həftəyə bitəcək” – 25 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, 25 yaşlı oyunçunun müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun İspaniyanın “Real” (Madrid) komandasına keçəcəyi istisna olunmur.