Avtobus qəzasında yaralananların son durumu… – VİDEO

Avtobus qəzasında yaralananların son durumu... - VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sumqayıtda baş verən qəza səbəbi ilə iyulun 21-i, saat 18:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına səkkiz nəfər (iki qadın cinsli, altı kişi cinsli) hospitalizasiya olunub.

“Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.

***10:36

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan “İsuzu” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlər – Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.