Mariya Zaxarova Azərbaycana təşəkkür etdi

Mariya Zaxarova Azərbaycana təşəkkür etdi

Rusiya Xarici İşlər Nazirliyinin aidiyyəti qurumları, digər nazirliklər, səfirliklər, aviaşirkətlər və turizm agentlikləri koordinasiyalı şəkildə vətəndaşların iran və İsraildən təxliyəsi üzərində işləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında paylaşdığı məlumatda bildirib.

O bildirib ki, İrandan təxminən 900 nəfər təxliyə edilib. İnsanlar Azərbaycan (Astara), Ermənistan (Aqarak) və Türkmənistan (Badcigiran) sərhəd-keçid məntəqələri vasitəsilə ölkədən çıxarılıb. İsraildən isə 130-dan çox vətəndaş çıxarılıb, onların arasında ağır xəstə uşaqları olan ailələr də var. Təxliyə prosesi Misir (Taba) və İordaniya (Allenbi, İtsxak Rabin, Şeyx Hüseyn körpüsü) üzərindən həyata keçirilib. İraqdan isə 85 nəfər Rusiya vətəndaşı çıxarılıb.

Zaxarova bildirib ki, vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi prioritet məsələdir və bu istiqamətdə işlər davam etdirilir.

O, İrandan tutmuş İsrailə, Azərbaycan, Ermənistan, Misir, İordaniya, İraq və Türkmənistan hökumətlərinə göstərilən yardım üçün təşəkkür edib və Rusiya vətəndaşlarını maksimum ehtiyatlı olmağa çağırıb.

Aysel Əliyeva
Globalinfo.az