Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Ukraynaya nüvə təhlükəsizliyi sahəsində yardım proqramı çərçivəsində daha iki yeni avadanlıq göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
“Ukraynada nüvə təhlükəsizliyi və nüvə obyektlərinin fiziki mühafizəsi üzrə kompleks yardım proqramı çərçivəsində iki yeni avadanlıq tədarükü həyata keçirilib. Beləliklə, silahlı münaqişənin başlanmasından bu günə qədər ümumi göndərişlərin sayı 142-yə çatıb”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, hər iki göndəriş Yaponiya tərəfindən maliyyələşdirilib.
Aysel Əliyeva
Globalinfo.az














