Dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Almaz Qasımova məlumat verib.
O, onlardan birinin qadın olduğunu bildirib:
“Azərbaycanlı tələbələr ikinci mərtəbədə yaşadığı üçün hələ onlara çatmayıblar”.
***12:43
Malatyada vəziyyət gərginləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Almaz Qasımova məlumat verib.
O bildirib ki, Malatyada dağıntılar altında qalan iki nəfər gənc oğlanın cəsədi çıxarılıb.
Onların kimliyi hələ ki, müəyyən edilməyib.
Yaxın dəqiqələrdə detallı bilgi verməyə çalışacağıq.
Zaira Akifqızı
Globalinfo.az














