Makronun partiyası ağır məğlubiyyətə uğradı: Onun yerinə…

Fransada keçirilən parlament seçkilərinin birinci turunda Emmanuel Makronun partiyası ağır məğlubiyyətə uğrayıb. İkinci turdan sonra isə “Milli Birlik” partiyasının təkbaşına hökumət qurmaq üçün gərəkli olan səsə sahib olacağı istisna olunmur.

“Milli Birlik” partiyasının hökumət qurması Fransaya və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Globalinfo.az – a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Fransa prezidenti Emmanuel Makronun hakimiyyətdən gedəcəyi gözlənilir:
“Bunun əsas səbəbi onun xarici siyasət kursundakı uğursuzluqdur. Həmçinin rəsmi Parisin kolonolist siyasəti öz-özlüyündə daxili və xarici auditoriyada Yelisey Sarayına etimadı azaltdı.

Müntəzəm olaraq Fransa daxilində baş verən iğtişaşlar da göstərir ki, əhalinin əksəriyyəti mövcud hakimiyyətdən narazıdır. Çox güman, Makron hakimiyyətdən gedəcək. Onun yerinə tamamilə sürpriz insan iqtidara gələ bilər. Yeni prezident keçmiş hakimiyyətin səhvlərindən dərs çıxarmalıdır”.

Turan Rzayev
Globalinfo.az