Makrondan Qərbə demarş: “Putinlə dialoqa hazıram”

Fransa Prezidenti Emmanuel Makron Putinlə dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Makron Putinlə dialoqunun atom elektrik stansiyaları ilə bağlı ola biləcəyi deyib.

“Mən dialoqun gücünə inanıram və buna görə də Putinlə dialoqu davam etdirmək istəyərdim” – deyə o bildirib.

Bildirib ki, Putinlə bir neçə aydır danışmayıb, amma gələcəkdə bunu istisna etmir.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra Makron Putinlə 14 dəfə danışmışdı. Lakin sonradan bu kontakt tam dayanmışdı. Son aylarda isə Fransa lideri Ukraynaya Fransa hərbçilərinin göndərilməsindən bəhs etmişdi. Onun bu bəyanatları Qərbdə, özəlliklə Almaniyada narahatlığa səbəb olmuşdu.

Fransa liderinin hərbçi göndərməsinə xüsusilə ölkə daxilində ultrasağçı Milli Birlik Partiyası qarşı çıxmışdı. Qarşıdan gələn parlament seçkisində qalibiyyətə əsas namizəd olan partiya Fransanın ümumiyyətlə bu müharibədə iştirakının əleyhinədir. Onun lideri Jordan Bardella isə Ukraynanın özü-özünü qoruması bəyanatı verib.

Tahir Turan
Globalinfo.az