Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Kir Starmerlə Vaşinqtonun yeni rüsumlarına cavab tədbirlərini və Ukraynadakı vəziyyəti müzakirə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Makron “X” hesabında məlumat verib.
“ABŞ-ın ticarət tərifləri ilə dünya iqtisadiyyatına vurulan zərbə fonunda biz Prezident Donald Trampla danışıqlar zamanı mövqelərimizi sıx koordinasiya etməyə hazır olduğumuzu təsdiq etdik. Ticarət müharibəsi heç bir tərəfin maraqlarına uyğun deyil”, – o bildirib.
Makron daha sonra Ukraynaya dəstək məsələsini də müzakirə etdiklərini bildirib.
Aysel Əliyeva
Globalinfo.az














