Makron Paşinyanı qucaqlayacaq, lakin… – Köçəryan

Makron Paşinyanı qucaqlayacaq, lakin... - Köçəryan

“Ermənistan regionda təhlükəsizliyini təkbaşına təmin edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan jurnalistlərə açıqlamasında deyib.

Köçəryan Avropanın Ermənistanda istənilən təhlükəsizlik məsələsini həll edə biləcəyini düşünməyin sadəlövhlük olduğunu söyləyib:

“Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanı qucaqlayacaq, çünki qucaqlamağı çox sevir və bununla da hər şey bitəcək. Cənubi Qafqazda aktor ola biləcək 3 dövlət var: Rusiya, İran və Türkiyə. İndi hansı dövlətin öz potensialına görə daha güclü olduğu, iqtisadi əlaqələrimizin möhkəmliyi və mədəni baxımdan bizə daha yaxın olduğuna baxmaq lazımdır. Burada Rusiyanın alternativi yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az