“Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Fridrix Merz Avropa İttifaqının (Aİ) adından Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya getməlidirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
Orban həmçinin Moskva və Vaşinqton arasında danışıqların baş tutmasından əvvəl Aİ-Rusiya sammitinin keçirilməli olduğunu bildirib:
“Nəzərə alaq ki, Avropa İttifaqının rəhbərliyi gömrük tarifləri ilə bağlı ABŞ-la aparılan danışıqlarda uğursuz oldu”.
Əliyar Xəlil
Globalinfo.az














