Putindən Mahaçqaladakı gərginliklə bağlı həmlə

Putindən Mahaçqaladakı gərginliklə bağlı həmlə

“Vladimir Putin Mahaçqalada baş verənlərlə bağlı Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasından hesabatlar alıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Mahaçqala hava limanında baş verənlər əsasən kənar müdaxilələrin, həmçinin yayılan informasiyaların təsirinin nəticəsidir.

“Putin bazar ertəsi bütün hüquq-mühafizə orqanlarının rəhbərləri Mişustin, Lavrov, Medvedevin iştirakı ilə görüş keçirəcək. Görüşdə Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə olunacaq”, – Peskov bildirib.

Qeyd edək ki, Dağıstanın paytaxtı Mahaçqaladakı hava limanında xaos yaşanıb. Yerli sakinlərdən ibarət böyük qrup əraziyə toplaşaraq İsraildən enən təyyarə və digər nəqliyyat vasitələrində yəhudi axtarışına başlayıb, onların respublika ərazisindən çıxarılmasını tələb edib.

Əliyar Xəlil
Globalinfo.az