Macarıstan Ermənistan və Azərbaycan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Macarıstan hökümətinin sözçüsü Zoltan Kovaks “X” hesabında paylaşım edib.
“Macarıstan bu inkişafı alqışlayır və ümid edir ki, sazişin ardınca tezliklə uzunmüddətli sülh nizamlanması olacaq”, – Macarıstan hökümətinin sözçüsü qeyd edib.













