İki gün öncə Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşən 28 yaşlı gəncin real görüntüləri yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Avtosfer.az-a həmin şəxsin yaxınları məlumat verib.
Belə ki, hadisə zamanı asfalt örtüyü qəfil çöküb və həmin şəxs oraya yıxılıb.
Görüntülərdən aydın olur ki, Cümşüd kanalizasiya xəttinə “lyuk”un qapağı açıq olduğuna görə deyil, çökmə baş verdiyi üçün düşüb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.














